Bakıda bu mənzillərin qiyməti bahalaşıb


Digərləri 12 İyl 2021 20:54:00 126 0

Bakıda bu mənzillərin qiyməti bahalaşıb

Bakıda təkrar mənzil və ilkin mənzil bazarında qiymətlərdə bahalaşma qeydə alınıb.

Son.az bildirir ki, "MBA Group" konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, iyun ayı ərzində təkrar mənzil bazarında qiymətlər 1.69 % bahalaşıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə qiymətlərdə 1.23% bahalaşma qeydə alınıb.

Onun sözlərinə görə, ilkin mənzıl bazarında mənzillərin qiyməti ay ərzində 1.24 %, il ərzində isə 1.61 % bahalaşıb.