Hüseyn hamını kövrəltdi: "Kimsə məni maşınla evinə aparıb, dedi ki..."


Şou-biznes 12 İyl 2021 18:14:00 138 0

Hüseyn hamını kövrəltdi: "Kimsə məni maşınla evinə aparıb, dedi ki..."

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu "Onun sirri" proqramında qonaq olub. O, həyatı və sənəti ilə bağlı bir sıra aqçıqlamalar verib. Uşaqlıq illərini xatırlayan musiqiçi  hər kəsi kövrəldib.

Son.az sherq.az-a istinadən xəbər verir ki, sənətçi az yaşından işləmək məcburiyyətində qaldığını söyləyib:\

"Bir qırmızı paltar tapdım, onu bəzədim. Aptekdən pambıq aldım və saqqal düzəltdim, hədiyyələr hazırladım. Dekabr ayının 31-də qapı-qapı  gəzib, insanlarla foto çəkdirib pul qazanmağa başladım. Öz məhəlləmizdə işlədim, sonra yolda kimsə məni maşınla götürdü,  evlərinə aparıb, dedi ki, "Şaxta baba" gətirmişəm. Onlar hələ də bilmirlər ki, həmin uşaq Hüseyndir. Mən isə onları tanıdım, öz sinif yoldaşımın evi idi. Səsimi dəyişdirdim ki, tanımasınlar. O vaxt məşhur deyildim, sadəcə yaşadığımız ərazidə məni tanıyırdılar. Məşədi Məhəmmədin oğlu idim deyə hər kəs hörmətlə yanaşırdı. "Şaxta baba" kimi xeyli pul qazanmışdım. Səhəri gün gedib evə bazarlıq etdim".