Bakıda üç nəfər dənizdə batdı


Digərləri 10 İyl 2021 16:49:00 139 0

Bakıda üç nəfər dənizdə batdı

Bakıda üç nəfər dənizdə boğulub.

Son.az oxu.az-a istinadən bildirir ki, hadisə Şüvəlan çimərliyində qeydə alınıb.

Boğulanların cəsədləri sudan çıxarılıb. İlkin məlumata görə, boğulanlardan ikisi oğlan, biri qızdır. Onlardan biri 1991-ci il təvəllüdlü İbrahim Əliyevdir. Digərləri 1995-ci il təvəllüdlü Asim Əliyev, 1995-ci il təvəllüdlü Nuranə Məmmədovadır. 

Qeyd edək ki, hadisənin baş verdiyi ərazi qadağan olunan, təhlükəli və nəzarətsiz yerdir. Çimərlik mövsümü açılandan həmin nəzarətsiz ərazidə bu, artıq ilk hadisə deyil.