Türkiyədən Azərbaycana polad ixracı artıb


Digərləri 10 İyl 2021 15:49:00 143 0

Türkiyədən Azərbaycana polad ixracı artıb

2021-ci ilin yanvar-iyun aylarında Türkiyədən Azərbaycana polad ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz artaraq 48,195 milyon dollar təşkil edib.

Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

İyun ayında polad ixracı 2020-ci ilin eyni ayı ilə müqayisədə 2,2 faiz artaraq 9,388 milyon dollara bərabər olub.

Hesabat dövründə Türkiyənin dünya bazarına polad ixracı 2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 54,9 faiz artıb və 9,208 milyard dollar olub.