Bakıda bağ evləri bahalaşıb


Digərləri 10 İyl 2021 15:37:00 131 0

Bakıda bağ evləri bahalaşıb

Bakıda fərdi yaşayış və bağ evlərinin qiyməti bahalaşıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, iyun ayı ərzində fərdi yaşayış və bağ evlərinin satış qiymətində 3.8 faiz, ötən illə müqayisədə isə 7.33 faiz qiymət artımı müşahidə edilib.

Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov bildirib ki, ötən ilin eyni dövrü ilə müqayisədə satışda cüzi artım, kirayədə isə qismən azalma var.

Nüsrət İbrahimov əlavə edib ki, baha qiymətə olan fərdi yaşayış və bağ evlərinin satış qiyməti ötən ay 2.57 faiz, orta qiymətə olanlar 1.54 faiz, ucuz qiymətə olan fərdi yaşayış və bağ evlərinin qiyməti isə 7.15 faiz bahalaşıb.

Ekspert bildirib ki, bahalaşma mövsümi xarakter daşıyır.