"Delta" ştammına qarşı da vaksin hazırlandı


Dünya 09 İyl 2021 17:50:00 134 0

"Delta" ştammına qarşı da vaksin hazırlandı

Almaniyanın "BioNTech" və ABŞ-ın "Pfizer" şirkətləri koronavirusun "delta" ştammına qarşı vaksin hazırlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Almaniya mətbuatı yazır.

Qeyd olunur ki, "Comirnaty" adlı vaksininin sınaqlar üçün ilk partiyası Maynts şəhərindəki "BioNTech" zavodunda istehsal olunub.

"BioNTech-Pfizer" vaksininin yenilənmiş versiyasının sınaqları yaxın zamanlarda başlayacaq.