Şəhid bulağının açılışı olub


Digərləri 07 İyl 2021 15:42:00 113 0

Şəhid bulağının açılışı olub

Şəhid kapitan Anar Heydərovun xatirəsi əbədiləşdirilib. 

Son.az Real TV-ə istinadən bildirir ki, Vətən müharibəsində igidliyi ilə seçilən oğullarımızdan biri də kapitan Anar Heydərov olub.

O, 1988-ci ildə Şamaxıda dünyaya gəlib. Daha sonra ailəsi ilə birgə Sumqayıta köçən Anar uşaqlığından vətənpərvərliyi ilə seçilib. Elə bu sevgi onu hərbi sahəyə aparıb. Müharibənin başlamasına hamıdan çox sevinənlərdən olub Anar. Çünki onun da hər bir Azərbaycan hərbçisi kimi alınacaq qisası var idi.

Şəhidimiz Anar Heydərovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə doğulduğu Şamaxı rayonunun Məlhəm kəndində adına inşa olunmuş bulağın açılışı olub. Tədbirdə şəhidin ailə üzvləri, dostları, qohumları ziyalılar iştirak ediblər.

Bu gün Anar Heydərovdan yadigar iki övladı qalıb: Oğlu Emil qızı Kübra. Onlar da atalarının adının əbədiləşdirildiyi bu tədbirdə iştirak ediblər.

Bulaq kompleksində Şəhid haqqında məlumat lövhəsi də asılıb.