Azərbaycanlı əsirlərə işgəncə verən ermənilərin məhkəməsi davam edir


Digərləri 07 İyl 2021 10:45:00 69 0

Azərbaycanlı əsirlərə işgəncə verən ermənilərin məhkəməsi davam edir

Bu gün Yasamal rayon Məhkəməsində birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi məhkəmə prosesi davam etdirilir.

Son.az Trend-ə istinadən bildirir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi başlayıb.

Qeyd edək ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qanunsuz fəaliyyət göstərən erməni separatçı rejiminin silahlı birləşmələri və Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə Hərbi Prokurorluqda cinayət işinin istintaqı zamanı əsirlərin və beynəlxalq humanitar hüquqla müdafiə olunan digər şəxslərin girov saxlanması, onlara işgəncə verilməsi, qəddar və qeyri-insani rəftar edilməsi faktları müəyyən olunub.

Belə ki, istintaqla müəyyən edilib ki, Ermənistan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan, habelə Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış silahlı qrupların fəaliyyətində iştirak edib onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 1991-ci ilin iyul ayında Xocalı şəhəri yaxınlığındakı "Ballıca" adlandırılan meşədə girov götürüb qanunsuz olaraq azadlığı məhdudlaşdırılan Azərbaycan vətəndaşına, habelə 13 sentyabr 1999-cu il tarixdə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində girov götürülərək Ermənistan Respublikasının İrəvan şəhərinə gətirilmiş və həmin şəhərdə yerləşən hərbi hissələrin birində qanunsuz saxlanılan mülki şəxsə Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən sorğu-sual edilən zaman tərcüməçi kimi iştirak edərkən işgəncə verib.

İstintaqla o da müəyyən olunub ki, Lüdvik Mkrtiçyan tərəfindən daha 11 nəfər əsir götürülüb. Azərbaycan vətəndaşının müxtəlif vaxtlarda Xocavənd və Ağdərə rayonları ərazisində, Şuşa həbsxanasında və Ermənistanın İrəvan şəhərində qanunsuz saxlanıldığı yerlərdə döyülərək müxtəlif xarakterli işgəncələrə məruz qaldığı və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusunun avtomat silahdan atəş açılaraq öldürüldüyü müəyyən edilib.

Lüdvik Mkrtiçyan 20 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun Məlikcanlı kəndi ərazisində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları tərəfindən saxlanılaraq ələ keçirilib.

Aparılan istintaq tədbirləri nəticəsində Lüdvik Mkrtiçyanla birlikdə azərbaycanlılara qarşı amansız rəftar edərək onlara işgəncələr vermiş Ermənistan Respublikasının vətəndaşı, 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin də cinayətkar əməlləri ifşa olunub.

İstintaqla Alyoşa Xosrovyanın 5 nəfər azərbaycanlıya əsirlikdə olduqları müddətdə işgəncə verməsi, onlarla qəddar və qeyri-insani rəftar etməsi müəyyən edilib.

Belə ki, Alyoşa Xosrovyan 1994-cü ilin aprel ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsir düşmüş sabiq əsgərini Xocavənd rayonunun Mısmına (Ağbulaq) kəndindəki yaşayış evlərinin birində qanunsuz olaraq saxlanılan zaman, qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri Babayan Samvel Andranikoviç üçün həmin kənddə evin tikintisində ağır işlərin görülməsinə məcbur edib ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Bundan başqa, Alyoşa Xosrovyan Azərbaycan Silahlı Qüvvələrinin 1993-1994-cü illər ərzində əsir düşərək Şuşa şəhər həbsxanasında qanunsuz olaraq saxlanılan əsgərlərinə qarşı da xüsusi qəddarlıq nümayiş etdirərək onlara mütəmadi olaraq döymə, ac-susuz saxlama, fiziki və psixi iztirablar yetirməklə işgəncə verib.

Alyoşa Xosrovyan Azərbaycan Respublikasının ərazisində kəşfiyyat xarakterli hərəkətlər apararkən 03 oktyabr 2020-ci il tarixdə Azərbaycan silahlı bölmələrinin hərbi qulluqçuları tərəfindən ələ keçirilib.

Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın Cinayət Məcəlləsinin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə nəzərdə tutulan cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən onlara həmin maddələr üzrə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

20.05.2021-ci il tarixdə tarixdə iş üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Hazırda cinayət işi üzrə digər şəxslərin cinayətkar əməllərinin ifşa edilərək məsuliyyətə cəlb olunması istiqamətində kompleks tədbirlər davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğu bəyan edib ki, Ali Baş Komandan İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq törədildiyi vaxtdan asılı olmayaraq sülh və insanlıq əleyhinə, müharibə cinayətləri törətmiş şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcək.

Son.az 

Peşə liseyinin direktoru barəsində cinayət işi məhkəməyə göndərildi like
  • 07 İyl 10:44  
Digərləri Peşə liseyinin direktoru barəsində cinayət işi məhkəməyə göndərildi

Peşə liseyinin direktorunun qanunsuz əməllərinə dair cinayət işi üzrə

arrow Ətraflı
Dağ kəndlərində yeni nəsil kombaynlarla biçin aparılır like
  • 07 İyl 10:39  
Digərləri Dağ kəndlərində yeni nəsil kombaynlarla biçin aparılır

Lerik rayonunun dəniz səviyyəsindən 1000 metr yüksəklikdə yerləşən Diz

arrow Ətraflı
Biləsuvarda mağaza yanıb like
  • 07 İyl 10:34  
Digərləri Biləsuvarda mağaza yanıb

Biləsuvar rayonunda ümumi sahəsi 32 m² olan mağazanın lambirindən ibarət

arrow Ətraflı
Zaqatala sakini bədbəxt hadisə nəticəsində ölüb like
  • 07 İyl 10:29  
Digərləri Zaqatala sakini bədbəxt hadisə nəticəsində ölüb

Zaqatalada 67 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

arrow Ətraflı
İllərə meydan oxuyan model gözəllik sirrini paylaşdı like
  • 07 İyl 10:24  
Şou-biznes İllərə meydan oxuyan model gözəllik sirrini paylaşdı

Sosial mediada paylaşımları və açıqlamaları ilə tez-tez gündəmdə olan

arrow Ətraflı
İrəvana növbəti zərbə  Avropa İnsan Haqları Məhkəməsi like
  • 07 İyl 10:21  
Digərləri İrəvana növbəti zərbə Avropa İnsan Haqları Məhkəməsi

Ermənistanın Avropa İnsan Haqları üzrə Məhkəməsində nümayəndəsi Yeg

arrow Ətraflı
Minlərlə şəxsə saxta peyvənd vurulub like
  • 07 İyl 10:19  
Dünya Minlərlə şəxsə saxta peyvənd vurulub

Hindistanda minlərlə şəxsə COVID vaksini əvəzinə adi fiziki məhlul vuru

arrow Ətraflı
Boşanan aktrisa: " Xoşbəxtəm" like
  • 07 İyl 10:14  
Şou-biznes Boşanan aktrisa: " Xoşbəxtəm"

Masumlar apartmanı" serialında rol alan aktrisa Merve Dizdar "Womens

arrow Ətraflı
Ekoloji terror erməni vandalizminin və barbarlığının tərkib hissəsidir like
  • 07 İyl 10:08  
Siyasət Ekoloji terror erməni vandalizminin və barbarlığının tərkib hissəsidir

"Ermənistan uzun illər ərzində həyata keçirdiyi ekoloji terrorla Azə

arrow Ətraflı
Məşhur aparıcı yayılan xəbərləri dandı like
  • 07 İyl 10:04  
Şou-biznes Məşhur aparıcı yayılan xəbərləri dandı

Məşhur aparıcı Müge Anlın Türkiyənin "ATV" telekanalında yay

arrow Ətraflı
İbtidai sinif müəllimi olmaq istəyən 3245 namizəd üçün imtahan keçirilir like
  • 07 İyl 10:01  
Digərləri İbtidai sinif müəllimi olmaq istəyən 3245 namizəd üçün imtahan keçirilir

İyulun 7-də ibtidai sinif üzrə müəllim olmaq istəyən namizədlər üçü

arrow Ətraflı
Dünya bazarlarında təbii qaz bahalaşıb like
  • 07 İyl 09:59  
Dünya Dünya bazarlarında təbii qaz bahalaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkaların

arrow Ətraflı
Türkiyə Azərbaycana 100 min qutu dərman göndərəcək like
  • 07 İyl 09:57  
Dünya Türkiyə Azərbaycana 100 min qutu dərman göndərəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Türkiyə hökuməti ilə Az

arrow Ətraflı
"Köhnə düşüncəliyəm" like
  • 07 İyl 09:54  
Şou-biznes "Köhnə düşüncəliyəm"

"Atiye" serialında rol alan aktrisa Melisa Şenolsun "Maria Clai

arrow Ətraflı