Bakıda bu yollarda tıxac var


Digərləri 07 İyl 2021 09:29:00 122 0

Bakıda bu yollarda tıxac var

Bakı Nəqliyyat Agentliyi paytaxt yollarında sıxlıq yaranan ərazilərin siyahısını açıqlayıb.

Agentlikdən Son.az-a verilən məlumata görə, hazırda Bakı - Sumqayıt şosesi - (Xırdalan dairəsindən istiqamətindən başlayaraq,20 Yanvar dairəsi istiqaməti), Binəqədi şosesi - (Əsasən,Biləcəri - Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində), Babək prospekti - (Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən,Şəhər mərkəzi istiqamətində,eyni zamanda Heydər Əliyev prospekti istiqamətində), Heydər Əliyev prospekti - Köməkçi yol - (Koroğlu metro stansiyasının qarşısından,Şəhər mərkəzi istiqamətində), Zabrat şosesi - (Zabrat dairəsi istiqamətindən,əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra,Heydər Əliyev prospekti istiqamətində), Mikayıl Əliyev küçəsi - (Heydər Əliyev prospekti - Köməkçi yol istiqamətində), Mikayıl Müşfiq küçəsi - (Badamdar dairəsindən,eyni zamanda Qurd Qapısı istiqamətində) yollarda sıxlıq var.