"İnternet kluba gedirəm" deyib bir daha geri dönməyib Dörd il əvvəl FOTO


Digərləri 05 İyl 2021 18:36:00 154 0

"İnternet kluba gedirəm" deyib bir daha geri dönməyib  Dörd il əvvəl  FOTO

4 il əvvəl "İnternet kafeyə gedirəm" deyərək Zonguldakdakı evindən ayrılan 16 yaşlı Nesrin Koçaklı ilə bağlı yaxınları şok yaşayır.

Son.az haberturk-ə istinadən xəbər verir ki, qızın anası Yeter Koçaklı əri Çetin Koçaklının qızının həsrəti ilə dünyasını dəyişdiyini söyləyib. "Qızımın öldü-qaldısından xəbər yox, ölüsünə belə hazıram" deyən ana ailəni dolandırmaq üçün karton yığdığını vurğulayıb. Bildirib ki, bu məsələ ilə bağlı qızının sevgilisini həbs ediblər.

Məhkəmə təqsirləndirilən şəxsə 2 il həbs cəzası versə də, vaxtından əvvəl azad edilib.

Kamran Seyidov Son.az