Xəzərdə palçıq vulkanları çoxdur


Digərləri 05 İyl 2021 12:30:00 142 0

Xəzərdə palçıq vulkanları çoxdur

Xəzərdə palçıq vulkanları çoxdur.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli mətbuat konfransında deyib.

2000-ci ildə Xəzərdəki zəlzələdən sonra Nardaranın şimal-şərq istiqamətində də püskürmə baş vermişdi. Püskürmə nəticəsində süni ada əmələ gəlmişdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət Şöbəsinin müdiri Rasim Səttarzadə bildirib ki, Xəzərdə 200-dək sualtı palcıq vulkanı var. Onlardan təxminən 120-si Xəzərin Azərbaycan sektoruna aiddir.