Hava stabilləşən kimi partlayış olan adaya ekspedisiya qrupu göndəriləcək


Digərləri 05 İyl 2021 12:32:00 120 0

Hava stabilləşən kimi partlayış olan adaya ekspedisiya qrupu göndəriləcək

Dənizdə palçıq vulkanlarının olmamasına dair yayılan şayiələr həqiqəti əks etdirmir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttar-zadə deyib.

Onun sözlərinə görə, Xəzərdə və ölkənin digər yerlərində palçıq vulkanlarının olmasına dair xəritə var və xəritədə bu vulkanlar əks olunub.

"Qeyd edim ki, 1971-ci ildə hazırlanıb. Dünyada vulkanlarla bağlı ilk geoloji atlasdır. Hava stabilləşən kimi adaya ESTN, FHN, AMEA və SOCAR birgə ekspedisiya qrupu göndəriləcək, ətraf mühitə dəymiş zərər qiymətləndiriləcək.