Şəhid ailələri dövlət qayğısı ilə əhatə olunur


Digərləri 05 İyl 2021 12:34:00 134 0

Şəhid ailələri dövlət qayğısı ilə əhatə olunur

Bəli, şəhidlər unudulmur! Torpaqlarımızın azadlığı uğrunda canından keçənləri hər zaman yad etmək, xatirələrdə yaşatmaq, ailələrinə qayğı göstərmək hər birimizin borcudur. Şəhid ailələri istər dövlət, istər xalqımız tərəfindən onlara göstərilən diqqətdən razıdırlar. 2-ci Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olmuş Məhəmməd Murtuzovun ailə üzvləri deyirlər ki, daim qayğı ilə əhatə olunmaları onlara əlavə güc verir. Xalqızımın sevgisi, dövlətimizin dəstəyi onları daha da ruhlandırır 

Son.az xezerxeber.az-a istinadən bildirir ki, şəhid ailələri və qazilərimiz hər zaman dövlət qayğısı ilə əhatə olunurlar.

44 günlük vətən müharibəsində şəhadətə ucalmış Balakən rayon sakini Məhəmməd Murtuzovun ailəsi də həmin ailələrdən biridir. Ailə üzvlərinin sözlərinə görə daim diqqət mərkəzində olmaları onlara mənəvi güc verir. 

Məhəmməd Murtuzov kimi minlərlə qəhrəmanımız torpaqlarımızın azadlığı uğrunda canından keçdi. İndi onlarla bütün xalqımız fəxr edir.

Qeyd edək ki, Məhəmməd Murtuzov vətən müharibəsində böyük şücaət göstərib. O, Füzuli uğrunda gedən qızğın döyüşlərdə şəhid olub. Qəhrəmanımız ölümündən sonra "Füzulinin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub.