Dağlıq ərazilərdə biçin


Digərləri 05 İyl 2021 12:19:00 139 0

Dağlıq ərazilərdə biçin

Ölkə üzrə taxıl sahələrinin 81,3 faizində biçin başa çatıb

Taxıl sahələrində biçin prosesi yekunlaşmaq üzrədir.

Son.az Real TV-ə istinadən bildirir ki, hava şəraitinin uyğun olması, biçin prosesinin mütəşəkkil təşkili sahələrdən məhsulu vaxtında yığmağa imkan verib. Bu il fermerlər sahələrdən bol məhsul götürüblər. Əvvəlki illərlə müqayisədə hər hektardan 50-60 sentner məhsul götürən fərdi təsərrüfatların sayı daha çoxdur. Düzgün aqrotexniki qulluq, yerli şəraitə uyğun doğru toxum seçimi Tovuz rayonunda da yüksək məhsuldarlığa səbəb olub. Hazırda rayonda taxıl üzrə orta məhsuldarlıq 38 sentnerə yaxındır.

Biçin prosesinin sürətlə yekunlaşması, məhsulun vaxtında itkisiz yığılması ölkə üzrə orta məhsuldarlığın ötən illə müqayisədə yüksəlməsini təmin edib. Hazırda respublikada taxıl üzrə orta məhsuldarlıq 32 sentnerdən yuxarıdır. Biçin prosesinin tam yekununda bu rəqəmin daha da yüksələcəyi gözlənilir.

Kənd Təsərrüfatı Nazirliyindən verilən opreativ məlumata görə, artıq mövcud taxıl sahələrinin 81,3 faizində biçin başa çatıb. Biçin aparılmış 805 min 189 hektar sahədən 2 miyon 597 min 468 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 32,3 sentner təşkil edir. Hazırda biçin əsasən dağətəyi və dağlıq ərazilərdə aparılır. Biçin prosesində 1499 kombayn iştirak edir.