Uhan laboratoriyasının keçmiş işçisindən koronavirusun yayılması ilə bağlı


Digərləri 04 İyl 2021 14:00:00 160 0

Uhan laboratoriyasının keçmiş işçisindən koronavirusun yayılması ilə bağlı

Əvvəllər Çinin Uhan şəhərində Virusologiya İnstitutunun laboratoriyasında işləyən amerikalı virusoloq Daniella Anderson COVID-19-un mənşəyinin daha təbii olduğuna inandığını bildirib.

Son.az oxu.az-a istinadən bildirir ki, o, bu barədə "Bloomberg"ə verdiyi müsahibədə bildirib.

Alim virusun Uhan laboratoriyasından yayılması ilə bağlı iddianı istisna etmir. Ancaq virusun insanları yoluxdurmaq üçün xüsusi olaraq yaradılmadığını və qəsdən laboratoriyadan azad edilmədiyini deyib.

"Hansısa alim virusla işləyərkən bilmədən xəstələnə və sonra səhvən COVID-19-u başqalarına ötürə bilər", - deyə o, vurğulayıb.