Bu zonada sürüşmə baş verib, itkin düşənlər var
Dünya 03 İyl 2021 09:54:00 157 0
Yaponiyanın Sidzuoka prefekturasının Atami şəhərində sürüşmə baş verib. 20-dək insanın itkin düşdüyü bildirilir.
Son.az report-a istinadən bildirir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Hadisə yerinə xilasedicilər göndərilib.
Artıq bir neçə gündür ki, Yaponiyanın mərkəz və şərq regionlarında güclü yağışlar yağır. Son 2 gün ərzində ayrı-ayrı rayonlara 400-600 mm yağıntı düşüb.
Mənbə: milli.az