"COVID pasportu diskriminasiyaya səbəb olmamalıdır" ÜSTün baş direktoru


Dünya 02 İyl 2021 19:34:00 198 0

"COVID pasportu diskriminasiyaya səbəb olmamalıdır"  ÜSTün baş direktoru

"Yeni növ koronavirus (COVID-19) əleyhinə vaksinasiya pasportunun tətbiqi vaksin çatışmazlığı ilə üzləşən və ya fərqli vaksin növlərindən istifadə edən digər ölkələrin sakinlərinə qarşı diskriminasiyaya səbəb olmamalıdır".

Son.az APA-ya istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, bəzi ölkələr və bölgələr "COVID-19" ilə əlaqədar peyvənd sertifikatının tətbiqinə başlayıb: "Bunun peyvənd olunmayan və ya müəyyən növ peyvəndi olmayan insanlara, ölkələrə qarşı ayrıseçkiliyə yol açmamasının çox vacib olduğunu vurğulamaq istəyirəm".