Azərbaycan neftinin qiyməti 77 dolları ötüb


Digərləri 02 İyl 2021 18:30:00 126 0

Azərbaycan neftinin qiyməti 77 dolları ötüb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 1-də 77,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,16 dollar/barel çoxdur.

Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 76,48 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,18 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 73,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,29 dollar/barel çoxdur.