OPEK+ Monitorinq Komitəsinin iclası sabah davam edəcək


Digərləri 01 İyl 2021 22:36:00 186 0

OPEK+ Monitorinq Komitəsinin iclası sabah davam edəcək

OPEK+ Monitorinq Komitəsinin nazirlər iclası və OPEK+ nazirlərinin görüşü iyulun 2-si davam keçiriləcək.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə OPEK katibliyindən bildiriblər.

Yeni cədvələ əsasən, Monitorinq Komitəsinin iclası saat 17:00-da, nazirlərin görüşü isə 18:30-da baş tutacaq.

Xatırladaq ki, bu gün keçirilən iclasda Monitorinq Komitəsi yaxın aylarda neft hasilatının nə qədər artırılmalı olduğuna dair razılığa gələ bilməyiblər.