Şükrün həqiqətini əldə etmək üçün bunu etməli


Digərləri 01 İyl 2021 23:20:00 177 0

Şükrün həqiqətini əldə etmək üçün bunu etməli

Müqəddəs Quranın ayələri barəsində bir qədər düşündükdən sonra, bu qəanətə gəlmək olur ki, şükür etmək ancaq dildə şükür etmək deyildir. Baxmayaraq ki, dildə şükür etmək də şükrün bir mərtəbəsini təşkil edir, ancaq bu miqdar kifayət deyildir. Quran şükür edənlərin sayını az hesab edir. "Mənim bəndələrimdən şükür edən azdır". ("Səba" 13).

Şükrü dildə səsləndirmək - ən asan işdir. Şükür əgər ancaq dildə deyilərsə, həqiqi şükür olmaz. Şükür o zaman həqiqi olur ki, həmin neməti yaradılma hədəfinə görə istifadə edəsən. Bu zaman şükür öz həqiqi mənasını tapır.

Misal üçün, Allah gözü halallara baxmaq üçün xəlq etmişdir. Əgər insan ondan naməhrəmə baxmaq üçün istifadə edərsə, bu zaman naşükürlük etməmiş olar. O, verilən nemətə küfr edər. "Həqiqətən, onu (yaradılış və şəriət hidayəti ilə həyatı boyunca) düz yola yönəltdik - istər şükür edən olsun, istərsə də nankor". ("İnsan" 3).

Bu ayədən də göründüyü kimi, şükür etmək - Siratul-müstəqim yoluna addım atmaqdır. Bu dünyada yaradılan heç bir şey əbəs yerə deyildir. Hər bir yaradılış öz hədəfinə uyğun hərəkət etməlidir. Həmçinin yaradılan nemətlər də hədəfinə uyğun istifadə olunmalıdır. Ona görə də deyə bilərik ki, həqiqi şükür odur ki, insan ona verilən nemətləri, onların hədəfi yolunda istifadə etsin.