Hansı günah insanda tofiqatın aradan getməsinə səbəb olar?


Digərləri 01 İyl 2021 22:40:00 155 0

Hansı günah insanda tofiqatın aradan getməsinə səbəb olar?

(Ayətullah Cavadi Amulinin əxlaq dərslərindən)

Bəzən elə olur ki, insan tövfiqin aradan getməsini hiss edir. Bəs hansı günah tövfiqin aradan getməsinə səbəb olur?

Bir çox şey bir çox şeyin içində gizlənmişdir. Qədr gecəsi bir çox gecələrin arasında gizlənmişdir. İnsan gərək onların hamısını əziz tutsun ki, nəhayət Qədr gecəsini tapa bilsin. Qəbul olan itaətlər başqa itaətlərin arasında qərar tutur. Məlum deyildir ki, Allah hansı itaəti qəbul etmişdir. Ona görə də insan gərək heç bir itaəti tərk etməsin. Cəza günahların arasında gizlənmişdir. Məlum deyildir ki, Allah insanı hansı günahına görə cəzalandıracaqdır. Bir çox hallarda Allah insanı bağışlayar.

Qurani-Kərimdə oxuyuruq: "Sizə yetişən müsibətlər özünüzün qazandığınız günahlara görədir və O, (hələ) onların çoxundan keçir". ("Şura" 30).

Allahın bağışlamadığı günahlar da gizlidir və məlum deyildir. Ona görə də insan gərək bütün günahlardan uzaq olsun.

Allahın vəlisi övliyalar arasında qərar tutur. Məlum deyildir ki, kimlər Allahın övliyaları hesab olunur. Ona görə insanın haqqı yoxdur ki, kimisə təhqir etsin.