Zakir Həsənov məşhur polkovniki yüksək vəzifəyə


Digərləri 30 İyn 2021 13:01:00 108 0

Zakir Həsənov məşhur polkovniki yüksək vəzifəyə

Müdafiə Nazirliyində yeni kadr təyinatı həyata keçirilib.

Son.az manset.az-a istinadən bildirir ki, nazir general-polkovnik Zakir Həsənovun əmri ilə polkovnik Nazif Xəlilov Naxçıvan MR Əlahiddə Ümumqoşun Ordusunun İnspeksiya rəisi təyin edilib. O bundan əvvəl Naxçıvan MR Hərbi Polisinin rəisi olub.

Qeyd edək ki, bir müddət bundan əvvəl nazir Zakir Həsənovun əmri ilə Naxçıvan MR Əlahiddə Ümumqoşun Ordusunun İnspeksiya rəisi, general-mayor Lənkəran Əliyev, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Zahid Hüseynov, MN-nin İdealoji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi-Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini, general-mayor Rasim Əliyev yaş həddi ilə əlaqədər olaraq təqaüdə göndərilmişdi.