Əri onu boşayıb Sevdanı almışdı, indi rəfiqədilər


Şou-biznes 30 İyn 2021 13:19:00 170 0

Əri onu boşayıb Sevdanı almışdı, indi rəfiqədilər

Əməkdar artist Ruhəngiz Musəvi müğənni Sevda Əliqızının evində qonaq olub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, Sevda həmin an lentə alınan görüntüləri öz İnstaqram səhifəsində yayımlayıb. İfaçıların mehribançılığı diqqət çəkib. Sevda paylaşımlarından birinə "Ürək dostlarım" şərhini yazıb.

Belə ki, R.Musəvi açıqlamalarından birində həyat yoldaşının onu boşayıb Sevda Əliqızını aldığını söyləmişdi.

Qeyd edək ki, R.Musəvi iki dəfə ailə qurub. Sənətçinin ilk həyat yoldaşı idmançı Çingiz Eyvazov olub. O, Ruhəngizlə ayrılaraq, Sevda Əliqızı ilə ailə qurub. Amma onun bu nikahı da uzun çəkməyib və cütlük boşanıb.