Bu məntəqələr qanunları pozurdular


Digərləri 30 İyn 2021 12:19:00 151 0

Bu məntəqələr qanunları pozurdular

Bakı şəhərinin Xətai rayonu ərazisində keçirilən növbəti monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrinə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, onlardan bəzilərinin qanunsuz fəaliyyəti davam etdirdikləri aşkar olunub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Həmin qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrinin ünvanları aşağıdakılardır:

1. Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi, 8 noyabr ünvanında yerləşən, fiziki şəxs Cabbarov Rahil Ramiz oğluna məxsus heyvan kəsimi məntəqəsi;

2. Bakı şəhəri, Xətai rayonu, Cavanşir 15 nvannda yerləşən, fiziki şəxs Manafov Babaəli Qəni oğluna məxsus heyvan kəsimi məntəqəsi;

3. Bakı şəhəri, Xətai rayonu, Şıxlınski 36 ünvanında yerləşən, fiziki şəxs İbrahimov Namiq Kamal oğluna məxsus heyvan kəsimi məntəqəsi;

4. Bakı şəhəri, Xətai rayonu, Şıxlınski 23 ünvanında yerləşən, fiziki şəxs Şahbazov Mahir Məhiyyədin oğluna məxsus heyvan kəsimi məntəqəsi;

5. Bakı şəhəri, Xətai rayonu, Mehmandarov 72 ünvanında yerləşən, fiziki şəxs İmaməliyev Elmar Ağamalı oğluna məxsus heyvan kəsimi məntəqəsi;

6. Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov 3 ünvanında yerləşən , fiziki şəxs Baxışov Nuru Baxış oğluna məxsus heyvan kəsimi məntəqəsi;

7. Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov 8 ünvanında yerləşən , fiziki şəxs Nəzərov Əvəz Ağaxan oğluna məxsus heyvan kəsimi məntəqəsi;