"Atlant" İstirahət Mərkəzi qayınata ilə kürəkəni məhkəmədə birbirinə qarşı qoyub


Digərləri 24 Apr 2025 21:42:00 60 0

"Atlant" İstirahət Mərkəzi qayınata ilə kürəkəni məhkəmədə birbirinə qarşı qoyub

Bakı Ağır Cinayətlər Məhkəməsində "Atlant" Ailəvi İstirahət Mərkəzinin sahibi Tahir Qədəşovun da adının keçdiyi cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Söhbət Təbriz MTK tərəfindən mənzil almaq istəyən vətəndaşların aldadılması ilə bağlı cinayət işindən gedir. 

Son.az xəbər verir ki, bu iş üzrə Tahir Qədəşov şahid, kürəkəni Nofəl Hacıyev isə təqsirləndirilən şəxsdir. Nofəl Hacıyevlə müttəhimlər kürsüsünü şirkətin icraçı direktoru Talış Məhəmmədov bölüşüb. 

İttihama görə, Nofəl Hacıyev 2018-2022-ci illər ərzində "Təbriz" MTK-nın inşası davam edən binasından bir mənzili bir neçə şəxsə sataraq dələduzluq yolu ilə 171 vətəndaşdan ümumilikdə 14 milyon manat əldə edib. Vətəndaşlardan toplanan vəsait "Atlant"ın təmir və tikinti işlərinə sərf olunub. İbtidai istintaq zamanı "Atlant"ın üzərinə həbs qoyulub. İttihamlar məhkəmə yolu ilə sübuta yetirilsə, hökmdən sonra bu əmlak zərərçəkmişlərə dəymiş maddi ziyanın ödənilməsi məqsədilə müsadirə oluna bilər. 

Ötən məhkəmə iclasında istirahət mərkəzinin üzərinə qoyulmuş həbsin aradan qaldırılması ilə bağlı vəsatət təqdim olunsa da, məhkəmə təmin etməyib. Əvvəlki iclaslarda isə zərərçəkmişlər "Atlant"ın sahibi Tahir Qədəşovun da məsuliyyətə cəlb olunmasını tələb edib. Hakim vəsatəti baxılmamış saxlayıb. 

Aprelin 24-də isə məhkəmə yenə sözügedən MTK-dan mənzil almış vətəndaşları şahid kimi dindirib. Şahidlər bildirblər ki, bu iş üzrə cinayət işi başlanandan sonra onları da istintaqa dəvət ediblər. Müstəntiqlər onlara aldıqları mənzillərin digər vətəndaşlara da satıldığını deyiblər. Ancaq hazırda aldıqları mənzilləri təmir edib yaşamağa davam edirlər və heç bir problemlə qarşılaşmayıblar. 

Nöfəl Hacıyev daha bir neçə əlavə şahidin dindirilməsi ilə bağlı vəsatət qaldırıb. Tahir Qədəşovun vəkilləri məhkəməyə bildiriblər ki, "Təbriz" MTK ilə bağlı istintaqın irəli sürdüyü ittihamların hüquqi əsası yoxdur. Bu sözlərdən sonra vəkillərlə Nofəl Hacıyev arasında mübahisə düşüb. Hakim tərəflərə xəbərdarlıq edib ki, məhkəməyə hörmətlə yanaşsınlar. 

Tahir Qədəşova gəlincə, o, qeyd olunduğu kimi, bu iş üzrə şahid kimi dindirilib. Ötən məhkəmə iclaslarından birində ifadə verərək bildirib ki, "Atlant" ona bir sahibkar olaraq heç bir mənfəət gətirməyib. Ancaq çıxışının davamında məlum olub ki, "Atlant"ın illik gəliri 10 milyon manat civarındadır. Tahir Qədəşov deyib ki, həmin pullarla banklardan götürülmüş kreditlər ödənilir. Nofəl Hacıyevin vəkili "Atlant"da müvəkkilinin 40 faiz payı ilə bağlı Tahir Qədəşova sual verib. Qədəşov suala ümumi cavab verib, bildirib ki, Nofəl Hacıyev "Atlant"ın şəriki olsaydı, ora ildə iki dəfə yox, tez-tez gəlib-gedərdi. Nofəl Hacıyev isə bildirib ki, "Atlant"ın təməli qoyulandan o və komandası orada olub: "Qoy bunu Tahir müəllim desin. Əgər şəriklik yoxdursa, "Təbriz" MTK-dan ev alan vətəndaşlardan bir qisminin pulları necə qaytarılıb? Pulların bir qismini Tahir müəllim qaytarıb. Əgər şərik deyildiksə, niyə o pulları qaytarırdı? Tahir müəllim, əgər mən şərik olmamışamsa, "Atlant"da o kotlavanları kim qazdırıb? 3 manata kvadratı beton tökdürmüşəm. Orada 150 nəfər işçi işləyib. 2 nəfər dünyasını dəyişib. Qalanları sağdır axı. Tahir müəllimlə ikimiz "Təbriz" MTK-da olmuşuq".

Nofəl Hacıyev onu da əlavə edib ki, vətəndaşların aldadılmasında Tahir Qədəşov da iştirak edib. 

"Atlant" Ailəvi İstirahət Mərkəzi 2002-ci ildə Nabranda, Xəzər dənizinin sahillərində tikilib. İldən-ilə istirahət mərkəzinin ərazisi genişləndirilib. Mənzərəli meşə, gözəl dəniz sahilində yerləşən istirahət mərkəzinin böyüklər və uşaqlar üçün 4 akvaparkı, hündürmərtəbəli hotelləri, 200-ə yaxın koteci, gecə klubu, stolüstü tennis, bilyard salonu, çimərlik və voleybol meydançası, avtomobil dayanacağı, çamaşırxana otağı, tibbi xidmətlər, kişi və qadın salonu, sauna, masaj, konfrans otağı, 350 nəfərlik restoran, uşaq meydançası və sair var. "Atlant" İstirahət Mərkəzi maksimum xidmət göstərən böyük bir kompleksdir. (Qaynarinfo) Son.az

Hərbi institut tələbələrinə hər ay bu qədər vəsait veriləcək like
  • 24 Apr 21:27  
Digərləri Hərbi institut tələbələrinə hər ay bu qədər vəsait veriləcək

"Hərbi instituta sənəd verən hər bir namizədə əvvəlcə 500 manat �

arrow Ətraflı
Bu məhsulları mətbəxtən uzaq tutun  Ömrünüzü qısaldır like
  • 24 Apr 21:23  
Digərləri Bu məhsulları mətbəxtən uzaq tutun Ömrünüzü qısaldır

Düzgün qidalanma sağlam həyat üçün vacibdir, amma bəzi qidalar var ki, o

arrow Ətraflı
Erməni deputat etiraf etdi: Ermənilər Xankəndini tərk edərkən itki olmayıb like
  • 24 Apr 21:10  
Siyasət Erməni deputat etiraf etdi: Ermənilər Xankəndini tərk edərkən itki olmayıb

Ermənistan Parlamentində "Vətəndaş müqaviləsi" fraksiyasının

arrow Ətraflı
Döyməsi olanlara bəd xəbər  Ölümünüzə səbəb ola bilər like
  • 24 Apr 21:05  
Digərləri Döyməsi olanlara bəd xəbər Ölümünüzə səbəb ola bilər

Danimarka və Finlandiyadan olan tədqiqatçılar döymə (tatuaj) ilə xərçə

arrow Ətraflı
Avroviziyada Azərbaycan adından xalları Safura elan edəcək like
  • 24 Apr 20:51  
Şou-biznes Avroviziyada Azərbaycan adından xalları Safura elan edəcək

Avroviziya 2025-in finalında Azərbaycan adından xalları Safura Əlizadə ela

arrow Ətraflı
"Efirə qaloşla çıxırdım” like
  • 24 Apr 20:47  
Şou-biznes "Efirə qaloşla çıxırdım”

Müğənni Nadir Qafarzadə çətin günlərini yada salıb.

arrow Ətraflı
İstanbuldakı zəlzələdə azərbaycanlılar xəsarət alıb?  Açıqlama like
  • 24 Apr 20:35  
Digərləri İstanbuldakı zəlzələdə azərbaycanlılar xəsarət alıb? Açıqlama

Türkiyədə baş vermiş zəlzələdə azərbaycanlıların xəsarət alması b

arrow Ətraflı
Zəlzələ anında həkimlərdən əsl qəhrəmanlıq  VİDEO like
  • 24 Apr 20:27  
Digərləri Zəlzələ anında həkimlərdən əsl qəhrəmanlıq VİDEO

İstanbulda baş verən zəlzələ zamanı Başakşehir Çam və Sakura Xəstəx

arrow Ətraflı
Uzanaraq kitab oxuyanlara BƏD XƏBƏR  Belboyun hissələrdə... like
  • 24 Apr 20:15  
Digərləri Uzanaraq kitab oxuyanlara BƏD XƏBƏR Belboyun hissələrdə...

Uzanaraq kitab oxumağı rahatlıq və istirahət üçün ideal hesab edirsiniz?

arrow Ətraflı
Elgizin ayaqqabısının qiyməti təəccübləndirdi  FOTO like
  • 24 Apr 20:03  
Şou-biznes Elgizin ayaqqabısının qiyməti təəccübləndirdi FOTO

Teleaparıcı Elgiz Əkbər maraqlı açıqlama verib. 

arrow Ətraflı
Tatlısəsin oğlu əməliyyat olundu  FOTO like
  • 24 Apr 19:38  
Şou-biznes Tatlısəsin oğlu əməliyyat olundu FOTO

İbrahim Tatlısəsin nəvələri əməliyyat olunub.

arrow Ətraflı
Ticarət şəbəkələrinin fəaliyyəti ilə bağlı ictimai müzakirə təşkil olunub like
  • 24 Apr 19:37  
Digərləri Ticarət şəbəkələrinin fəaliyyəti ilə bağlı ictimai müzakirə təşkil olunub

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuran

arrow Ətraflı
Onlar irəli getmək üçün hər şeyi edə bilərlər  Ən yaltaq 2 bürc like
  • 24 Apr 19:12  
Digərləri Onlar irəli getmək üçün hər şeyi edə bilərlər Ən yaltaq 2 bürc

Onlar güclü gördüklərinə həddən artıq təriflər yağdırır, daim raz

arrow Ətraflı