Ticarət şəbəkələrinin fəaliyyəti ilə bağlı ictimai müzakirə təşkil olunub
Digərləri 24 Apr 2025 19:37:00 72 0
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə "Ticarət şəbəkələrinin bazar iqtisadiyyatında rolu: imkanlar və perspektivlər" mövzusunda ictimai müzakirə keçirilib. "Bakı KOB evi"ndə təşkil olunmuş tədbirdə müvafiq dövlət qurumlarının və biznes assosiasiyaların nümayəndələri, həmçinin iri ticarət şəbəkələrinin 40-a yaxın təmsilçisi iştirak edib.
Bu xəbəri də oxu: Pensiyaçılara şad xəbər Yeni qayda tətbiq edilir
KOBİA yanında İctimai Şuranın sədri Samir Abdullayev ictimai müzakirənin dövlət-sahibkar əməkdaşlığı çərçivəsində müvafiq sahədə qanunvericiliyin tələblərinin, ticarət şəbəkələrinin fəaliyyətinin, bu şəbəkələr və sahibkarlar arasında münasibətlərin, eləcə də KOB-ların iri ticarət şəbəkələrinə çıxış imkanlarının genişləndirilməsinin müzakirə olunması məqsədilə keçirildiyini qeyd edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov çıxışında inkişaf edən ticarət şəbəkələrinin sağlam və ədalətli rəqabət mühitinin formalaşmasına, iqtisadiyyatın ümumi dinamikasına, istehsal sektorunun genişlənməsinə və sosial rifahın yüksəlməsinə müsbət təsirlərindən bəhs edib. Bildirilib ki, Agentlik tərəfindən şəffaf ticarət münasibətlərinin dəstəklənməsi və təşviqi məqsədilə mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilir, bazar iştirakçıları ilə birbaşa dialoqlar aparılır. E.Bağırov ticarət şəbəkələrinin fəaliyyətində istehlakçı hüquqları və rəqabət qanunvericiliyinə riayət edilməsinin vacibliyini diqqətə çatdırıb, qabaqlayıcı nəzarət mexanizmlərinin tətbiqi və maraqlı tərəflərlə əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ticarət şəbəkələrinin iqtisadiyyatda, xüsusilə də KOB-ların məhsullarının tanıdılması və satış imkanlarının genişləndirilməsində rolunu diqqətə çatdıraraq, dövlətin bu sahədəki dəstək tədbirlərinin KOB-ların bazarlara çıxış imkanlarını artırdığını bildirib. Qeyd olunub ki, KOB-ların ticarət şəbəkələrinə çıxışına dəstək mexanizmlərindən bir neçəsi KOBİA tərəfindən təmin olunur. Bugünkü ictimai müzakirənin başlıca məqsədlərindən biri də məhz KOB-ların iri ticarət şəbəkələrinə çıxışının daha da asanlaşdırılmasını müzakirə etməkdir. Ticarət şəbəkələri ilə KOB-ların əməkdaşlıq üsullarının təkmilləşdirilməsi, regionlarda logistik imkanların artırılması və təchizat zəncirinin optimallaşdırılması, rəqəmsal ticarət platformalarının dəstəklənməsi və KOB-ların bu platformalara inteqrasiyası, ticarət mədəniyyəti, keyfiyyət standartları və şəffaflıq sahəsində maarifləndirmə tədbirlərinin gücləndirilməsi vacibdir. KOB-lar isə istehsal etdikləri məhsulların ticarət şəbəkələrinə uyğunluğunu qiymətləndirməli, brendləşməyə və qablaşdırmaya, elektron ticarətə və müştəri məmnuniyyətinə önəm verməli, market və iri satış nöqtələri ilə əməkdaşlıqda təşəbbüskar olmalıdırlar. Bu, KOB-ların ticarət şəbəkələri ilə əlaqələrinin daha da genişlənməsinə xidmət edəcəkdir.
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində z�

Onlar güclü gördüklərinə həddən artıq təriflər yağdırır, daim raz

İstanbulun Tuzla rayonunda Dəri Sənaye Bölgəsindəki su təmizləyici qurğ

Özbəkistan vətəndaşı İstanbul zəlzələsi zamanı qorxudan həyatını i

Mahsun Kırmızıgül ürək şikayətləri ilə xəstəxanaya müraciət edib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2 saylı xüsusi əyani-qiyabi tam o

Bakıda əcnəbi vətəndaşa qarşı xuliqanlıq hərəkəti etmiş taksi sür�

Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları

Türkiyənin Marmaris şəhərində aprelin 30-dək keçiriləcək "KURTARA

Ukrayna Prezidenti Volodimir Zelenski CAR-a səfərini yarıda qoyaraq ölkəsin

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesa

Bir müddət əvvəl müğənni Kəmalə Qaramollayeva ilə Zaur Nəbioğlu ara

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartır

Sabah Bakının Nərimanov və Sabunçu rayonlarının bəzi küçələrinin qaz
