Turisti quru sərhədlə Gürcüstana aparacağını deyib, 200 dollarını aldı
Digərləri 24 Apr 2025 18:28:00 55 0
Bakıda əcnəbi vətəndaşa qarşı xuliqanlıq hərəkəti etmiş taksi sürücüsü həbs edilib.
Bu xəbəri də oxu: “CapCut”a rəqib gəlir Daha çox peşəkardır
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev Beynəlxalq Hava Limanında baş verib.
Taksi sürücüsü kimi fəaliyyət göstərən Qazax rayon sakini 1988-ci il təvəllüdlü Rafiq Məmmədli Misir Ərəb Respublikasının vətəndaşı Əhməd Vahbaya yaxınlaşıb və taksi lazım olub-olmadığını soruşub.
Ərəb turist isə Gürcüstana getmək istədiyini və buna görə köməklik göstərilməsini xahiş edib. Azərbaycanın quru sərhədlərinin bağlı olduğunu bilən Rafiq isə əcnəbi vətəndaşın Ağstafaya gedərək oradan Gürcüstana keçə biləcəyini deyib. Bu məqsədlə o, Əhməddən 200 dollar alıb və maşınla Bakı Beynəlxalq Avtovağzalına gətirərək oradan Qazaxa sərnişin daşıyan Pərviz (şərti) adlı sürücüyə təhvil verib.
Pərviz də Əhməd Vahbanı Qırmızı Körpü keçid məntəqəsinə kimi apararaq düşürüb. Lakin burada sərhəddən keçməyin mümkün olmadığını öyrənən Misir vətəndaşı 70 dollar verərək geriyə-Bakıya qayıdıb. O, daha sonra başına gələnlərlə bağlı polisə müraciət edib.
Həyata keçirilən tədbirlərlə Rafiq adlı şəxs saxlanılıb və barəsində inzibati protokol tərtib edilib.
Xəzər Rayon Məhkəməsinin qərarı ilə o, 8 sutkalıq inzibati həbs edilib. Son.az
Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları

Türkiyənin Marmaris şəhərində aprelin 30-dək keçiriləcək "KURTARA

Ukrayna Prezidenti Volodimir Zelenski CAR-a səfərini yarıda qoyaraq ölkəsin

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesa

Bir müddət əvvəl müğənni Kəmalə Qaramollayeva ilə Zaur Nəbioğlu ara

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartır

Sabah Bakının Nərimanov və Sabunçu rayonlarının bəzi küçələrinin qaz

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind�

Ötən gün İstanbulda zəlzələni fürsət bilən şəxslər oğurluq ediblə

Aprelin 25-i bəzi şimal və qərb rayonlarında, 26-sı gündüz isə əsasən

Ermənilərin Azərbaycan musiqi irsinə qarşı plagiat halları yenidən günd

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikas�

Alimlər kişi və qadınların sağlamlığına fərqli təsir göstərə bilə
