Ən geniş yayılmış xərçəng xəstəliklərinin Əsas əlamətləri necə başlayır?


Digərləri 28 İyn 2021 21:10:00 149 0

Ən geniş yayılmış xərçəng xəstəliklərinin  Əsas əlamətləri necə başlayır?

Bədxassəli şişlərin əlamətləri şişin növü, yerləçməsi, xəstənin orqanizmi və yaşına görə bir-birindən çox fərqlənir. Əlamətləri vaxtında tutmaq, fərqləndirmək çətin ola bilər.

Bununla belə ən təhlükəli növlərin spesifik simptomları var ki, artıq birinci və ikinci dərəcədə özünü göstərir.

Çox zaman xərçəngdən ölüm məhz gec diaqnoz və müalicə səbəbindən olur. Son.az insan ömrünü sürətlə qısaldan və çətin növlərin simptomlarını təqdim edir.

Mədəaltı vəzin şişləri

Statistikaya görə, bu xərçəng 40% hallarda 1-3 il ərzində ölümlə nəticələnir. Gec diaqnoz olunur, çünki xəstə həzm pozulması ilə xərçəngi ayırd edə bilmir.

Əlamətlər:

- Uzun sürən qəbizliklər - İstirahət və yuxudan sonra belə qəribə halsızlıq, zəifləmə - Qarında köp, şişkinlik - Ürəkbulanma, qusma,öyümə - Qanda qlükozanın artması - Arıqlama - İştahsızlıq - Gec halda qarının yuxarı hissəsi sol tərəfdə ağrı - Göz və dərinin saralması

Məzh bu növ xərçəng Applenin yaradıcısı milyarder Stiv Cobsun ölüm səbəbi olub.

- Öd yolları və qaraciyər xərçəngi

38% halda ölümlə nəticələnir. Metastaz olmasa, orqan nəqli olunsa, xəstə 5-7 il yaşaya bilər.

Qaraciyər şişinin əlamətləri:

- Sağ qabırğaaltında getdikcə artan basqı, sancı, ağrı - Hərarətin 37,5 dərəcədə uzun müddət qalması - Qarına su yığılması - Göz dərinin, ovucların saralması - İştahsızlıq, arıqlama - Zəiflik, yorğunluq

Daha çox hepatit və sirrozu olanlar sonda xərçənglə üzləşə bilər 40 yaşdan sonra hər il qaraciyəri müayinə etmək lazımdır

Qida borusu xərçəngi

50% hallarda sürətlə inkişaf edib, ölümə səbəb olur.

Ən birinci xarakterik simptomu boğazda qəhər, sanki tikə qlama hissi, udqunma, yemək udmada çətinlik, səsin tutulması, xırıltılı olmasıdır.

- Döş qəfəsi və arxasında küt ağrı - Ürəkbulanma, qusma, qanlı qusma - Nəcisin qara rəng alması - Arıqlama Qida borusu ezofagiti olanlarda bu risk yüksəkdir.

Nə etməli:

40 yaşından sonra hər il qaraciyər, mədəaltı vəz yoxlanmalı, şübhəli məqamlarda MRT, KT, biopsiya edilməlidir.

35 yaşdan sonra hər 3-5 ildən bir mədənin zondla yoxlanması aparılmalıdır. Qorxmayın, sadəcə diqqətli olun! /medicina.az