"Şok" diyetlər xəstəliklərə yol açır Diyetoloq


Digərləri 28 İyn 2021 21:20:00 190 0

"Şok" diyetlər xəstəliklərə yol açır  Diyetoloq

Tez bir zamanda çəki vermək üçün edilən "şok" diyetlər orqanizmi zəiflədərək xəstəliklərə yol açar.

Son.az xəbər verir ki, türkiyəli diyetoloq Elif Topuz bu tip diyetlərin zərərləri barədə danışıb:

"Hər il yaz sezonuna girərkən çəki ilə bağlı problemlərimiz yaranır. Xüsusən bu il pandemiya səbəbinə görə, çəki ilə bağlı problemlər daha da artıb. Bu zaman isə insanların ağlına "şok" dietlər gəlir".

"ŞOK DİYETLƏR ORQANİZMİ ZƏİFLƏDİR"

"Ümumiyyətlə, pəhriz siyahınız mütəxəssislər tərəfindən hazırlanmalıdır. Qısa müddətdə çox və sürətli çəki verdirən bu diyetlər xüsusən vücudunuzun ehtiyacı olan kalorinin alınmamasına yol açır. Buna bağlı olaraq vitamin və mineral alımında da enmə müşahidə edilir. İmmun sistemi ilə birbaşa bağlı olan bu durum özəlliklə keçirdiyimiz pandemiyada heç istəmədiyimiz bir haldır".