Alimdən ömrü on il uzadan beş məsləhət


Digərləri 28 İyn 2021 20:45:00 151 0

Alimdən ömrü on il uzadan beş məsləhət

Həkim və alim Federika Amati ömrü on il uzadacaq beş məsləhətini səsləndirib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Federika Amati planetimizdə maksimal həyat uzunluğuna malik beş "mavi zonanı" - Yaponiyanın Okinava, İtaliyanın Sardiniya və Yunanıstanın İkariya adalarını, həmçinin Kosta-Rikada yerləşən Nikoya yarımadasını və ABŞ-ın Kaliforniya ştatındakı Loma-Linda rayonunu ayırıb.

Onun sözlərinə görə, bu yerlərdə uzunömürlülərin anomal sayı onların qida rejimi ilə izah olunur. Həmin bölgələrin sakinləri meyvə, tərəvəz, həmçinin dənli və paxla bitkiləri ilə qidalanaraq bitki pəhrizinə riayət edirlər. "Bu qidalardan gündəlik istifadə uzun və sağlam həyat üçün bədənimizin immun funksiyasını artırır", - deyə həkim izah edib.

Alimin ikinci məsləhəti daha çox hərəkət etməkdir. Federika Amati gün ərzində çox gəzməyin və fiziki məşqin çox faydalı olduğunu bildirib.

Digər məsləhət isə orta qidalanma ilə bağlıdır. Belə ki, Okinava adasında yaşayan insanlar yalnız 80 faiz doymağı seçirlər. "Mavi zonanın" sakinləri şam yeməyini erkən yeyir və bu zaman az qida qəbul edirlər.