Rusiyada son sutkada koronavirusdan 611 nəfər ölüb


Dünya 28 İyn 2021 16:00:00 152 0

Rusiyada son sutkada koronavirusdan 611 nəfər ölüb

Rusiyada son sutka ərzində daha 21 650 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Son.az APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 5 472 941 nəfərə çatıb.

Son sutka ərzində 611 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 133 893 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.