Abşeron çimərliklərində suyun temperaturu... HAVA PROQNOZ


Digərləri 27 İyn 2021 11:31:00 126 0

Abşeron çimərliklərində suyun temperaturu...  HAVA PROQNOZ

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Son.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli keçəcək.

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-26, gündüz 36-39, bəzi yerlərdə 40 dərəcə, Bakıda gecə 24-26, gündüz 37-39 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı - 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-60, gündüz 30-35 faiz olacaq.

Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.