İsrail hərbçilərini ABŞa göndərir


Dünya 27 İyn 2021 09:52:00 159 0

İsrail hərbçilərini ABŞa göndərir

ABŞ-ın Florida ştatında yaşayış binasının çökməsindən sonra axtarış və xilasetmə missiyasında iştirak etmək üçün İsrial ABŞ-a heyət göndəriləcək.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə İsrailin Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində deyilir.

Məlumatda bildirilir: "Heyət İsrialin Müdafiə Ordusunun təxminən 10 ehtiyat hərbçisindən ibarətdir, onların hamısı mühəndislik və sosial yardım sahəsində aparıcı mütəxəssislərdir".

Qeyd edilir ki, İsrail nümayəndələri Mayami dairəsinin və Florida ştatının qəza-xilasetmə xidmətləri ilə əməkdaşlıq çərçivəsində işləyəcəklər.

Qeyd edək ki, iyunun 24-ü ABŞ-ın Mayami-Deyd dairəsində yaşayış binası çöküb. Hadisə nəticəsində 5 nəfər həlak olub, 156 nəfər isə itkin düşüb.

Son.az