"Mən bahalı deyil, keyfiyyətli xidmət edirəm"


Şou-biznes 26 İyn 2021 10:48:00 143 0

"Mən bahalı deyil, keyfiyyətli xidmət edirəm"

"Əziz xanımlar, yazırsınız  ki, xına paketi haqda məlumat ver. Əvvəla "xına paketi" anlayışı yanlışdır. Həmin məlumatlarda sizi aldadırlar".

Son.az sherq.az-a istinadən xəbər verir ki, bu sözləri İnstaqram hesabında paylaşdığı videoda şairə Nazilə Səfərli deyib. O, fikirlərinə bunları da əlavə edib:

"Ona görə ki, bir xına paketində çəkiliş, rəqs, dekor və sair varsa, bunun keyfiyyətli-keyfiyyətsizi də mövcuddur. Fikirləşirsiniz ki, xına mərasiminizə çəkiliş gələcək. Ancaq 1990-cı illərin kamerasını gətirirlər. Nazilə isə ən son model texnologiya ilə gəlir. Sonra da deyirlər, Nazilə bahaçıldır. Keyfiyyətli iş görürəm. Demək istəyirəm ki, danışanda əvvəlcə keyfiyyətlə maraqlanın.  Tədbiriniz üçün nəyə istəsəniz qənaət edin. Amma çəkilişə qənaət yaraşmır. Çünki çəkiliş sizi 100 il tarixdə saxlayır. Xınayaxdı şirkətlərinə zəng edirlər, deyirlər, paket neçəyədir. Onlar da dərhal yaxşı qiymət irəli sürürlər. Paketin içində nəyin olduğuna baxırıq. Yazıblar , musiqi daxildir. Bir orkestr var, bir də  "palatka" toylarından çıxıb ritmi bilməyən nağara və sair. Mən artıq söz demək istəmirəm. "Palatka" toylarını da pisləmirəm. Bəzi musiqiçilər istismara yararlı deyillər. Onları xınaya sırıyıb, camaatdan xeyli miqdarda pul alırsınız.  Fikirləşirəm ki, xınaya kim gəlsin, əməkdar artistləri, peşəkar  musiqiçilərə  zəng edirəm ki, yaxşı alınsın. Şirkətlər paketdə gəlinin əlinin yaylığı, xınalar, şamlar və sairləri də yığıb sıranı uzadıblar. Eyni hallar restoronlarda da müşahidə olunur. Məsələn, 40 manatlıq  menyuya baxırsan ki, nələr yazılıb, amma stola gətiriləndə heç nə yoxdur. Başqa bir restoranda menyu 150-200 manatdır, içində yüksək səviyyəli hər şey var. Sonra deyirlər, filan restoran bahadır.  Yaxşısını alıb ortaya çıxarıb. Gərək toydan sonra zəhərlənəsiniz? Ya et, ya etmə. Orda-burda şayiə yayıb Nazilə bahalıdır deyib, məni işə salmayın.  Mən bahalı deyil, keyfiyyətli xidmət edirəm. Gördüyüm işin markasını göstərirəm. Müştəri istəyir onu başqa yerdən toplasın. Məndən istəsə ki, bu keyfiyyətsiz paket yığ. Etmərəm. İşi təmiz görməlisən".