"İnstagram"ın işində qüsurlar yaranıb


Digərləri 25 İyn 2021 07:11:00 173 0

"İnstagram"ın işində qüsurlar yaranıb

"İnstagram" sosial şəbəkələrinin işində bir sıra ölkədə qüsurlar müşahidə edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.

Məlumata əsasən, texniki qüsurlar əsasən ABŞ, Britaniya, Kanada və Niderlandda qeydə alınıb.

Şikayətlər əsasən saytın işi, istifadəçilərin hesablarına girişi və lentə baxışla bağlıdır.