Azərbaycanda qadın şirkət direktoru həbs edildi


Digərləri 24 İyn 2021 15:31:00 75 0

Azərbaycanda qadın şirkət direktoru həbs edildi

Bakıda vətəndaşları aldadan şirkət rəhbəri həbs edilib.

Baş Prokurorluqdan Son.az-a verilən məlumata görə, iyunun 18-də Baş Prokurorluğun "İnstagram" sosial şəbəkəsindəki səhifəsində sual-cavab adlı sessiya (#prokurorluqlasualcavab) keçirilərkən ayrı-ayrı şəxslər tərəfindən Klara Cəfərovanın Avropada işə düzəltmək adı ilə onlardan və digər şəxslərdən müxtəlif məbləğlərdə pul alaraq dələduzluq etməsi barədə müraciətlər daxil olub.

Müəyyən edilmişdir ki, bir qrup şəxsin "Poseidon Talents Consulting" MMC-nin direktoru Klara Cəfərova tərəfindən xarici ölkələrə göndərilməsi, təyyarə biletlərinin alınması, viza və sığorta sənədlərlə təmin edilməsi adı ilə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ümumi 10 epizod üzrə müxtəlif məbləğlərdə pul alaraq dələduzluq etməsi faktına görə Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

İyunun 19-da Klara Cəfərova həmin Məcəllənin 178.2 (dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Qeyd olunan cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılaraq, iş materialları ilə tanış etmə həyata keçirilir. Qısa müddət ərzində cinayət işinin məhkəməyə göndərilməsi nəzərdə tutulub.

Eyni zamanda bildiririk ki, digər 14 zərərçəkmiş şəxsin Klara Cəfərovanın qanunsuz hərəkətlərinə dair müraciətləri ilə bağlı daha bir cinayət işi ayrılmaqla, hazırda zəruri istintaq hərəkətləri həyata keçirilir.

Bu məşhurlar da toy edir like
  • 24 İyn 15:28  
Şou-biznes Bu məşhurlar da toy edir

Menecerliyini edən Tolqa Akışla 2019-cu ildə nişanlanan Zeynep Bastık toya

arrow Ətraflı
Qırğızıstanın Azərbaycanda yeni səfiri təyin edildi like
  • 24 İyn 15:22  
Siyasət Qırğızıstanın Azərbaycanda yeni səfiri təyin edildi

Kayrat Osmonəliyev Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahi

arrow Ətraflı
Dünya yaşıl enerjiyə keçir: like
  • 24 İyn 15:16  
Digərləri Dünya yaşıl enerjiyə keçir:

Azərbaycan 2030-cu ilə qədər enerji balansında bərpa olunan enerjinin pay

arrow Ətraflı
GDP sertifikatı almış Silk Way West Airlines qlobal əczaçılıq logistikası bazarına daxil olub like
  • 24 İyn 15:10  
Digərləri GDP sertifikatı almış Silk Way West Airlines qlobal əczaçılıq logistikası bazarına daxil olub

Bakı mərkəzli Silk Way West Airlines hava yolu şirkəti əczaçılıq məhsu

arrow Ətraflı
Səidə Dadaşova boşanmasına aydınlıq gətirdi like
  • 24 İyn 15:04  
Şou-biznes Səidə Dadaşova boşanmasına aydınlıq gətirdi

Mərhum Xalq artisti Rafael Dadaşovun müğənni qızı Səidə Dadaşova şəx

arrow Ətraflı
Daha da diqqətli olmalıyıq like
  • 24 İyn 14:58  
Digərləri Daha da diqqətli olmalıyıq

Koronavirusa yoluxma sayında müşahidə olunan azalma ümumi epidemioloji vəz

arrow Ətraflı
Pərvindən qalmaqallı açıqlama  "Kənan mənlə efirə çıxmaq istəmir" like
  • 24 İyn 14:52  
Şou-biznes Pərvindən qalmaqallı açıqlama "Kənan mənlə efirə çıxmaq istəmir"

Aktrisa Pərvin Abıyeva "Həmin Zaur" verilişində qonaq olub.

arrow Ətraflı
Qarabağda yeni su kanalları çəkiləcək like
  • 24 İyn 14:46  
Digərləri Qarabağda yeni su kanalları çəkiləcək

Şahin Mustafayev: Suvarma suyu ilə təminat prioritetdir

arrow Ətraflı
Tanınmış hərbi ekspert ordudan ehtiyata buraxıldı like
  • 24 İyn 14:40  
Digərləri Tanınmış hərbi ekspert ordudan ehtiyata buraxıldı

Azərbaycan Ordusunun polkovniki, tanınmış hərbi ekspert Üzeyir Cəfərov e

arrow Ətraflı
Azyaşlıların peyvənd olunması ilə bağlı ciddi araşdırma aparılmalıdır like
  • 24 İyn 14:34  
Digərləri Azyaşlıların peyvənd olunması ilə bağlı ciddi araşdırma aparılmalıdır

Azyaşlıların COVİD -19-a qarşı peyvənd olunması ilə bağlı ciddi araş

arrow Ətraflı
Hərbi qulluqçular “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi  SİYAHI like
  • 24 İyn 14:30  
Siyasət Hərbi qulluqçular “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi SİYAHI

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Si

arrow Ətraflı
"Azərbaycan Ordusu sülh yolunda çarpışdı" like
  • 24 İyn 14:28  
Siyasət "Azərbaycan Ordusu sülh yolunda çarpışdı"

"Azərbaycan Ordusu 1992-ci ildə sıfır səviyyəsində idi". 

arrow Ətraflı
Bir qrup hərbi qulluqçu “Laçının azad olunmasına görə” medalı ilə təltif edildi  SİYAHI like
  • 24 İyn 14:19  
Siyasət Bir qrup hərbi qulluqçu “Laçının azad olunmasına görə” medalı ilə təltif edildi SİYAHI

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Si

arrow Ətraflı
Hərbi qulluqçular “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edildi  SİYAHI like
  • 24 İyn 14:17  
Siyasət Hərbi qulluqçular “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edildi SİYAHI

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Si

arrow Ətraflı