Bakıda iki avtomobil toqquşub, xəsarət alan var FOTO


Digərləri 24 İyn 2021 08:53:00 175 0

Bakıda iki avtomobil toqquşub, xəsarət alan var  FOTO

Bakının Nizami rayonunda yol-nəqliyyatı hadisəsi baş verib. Son.az APA-ya istinadən xəbər verir ki, qəza Qara Qarayev prospekti ilə Mikayıl Mikayılov küçəsinin kəsişməsində qeydə alınıb.

"VAZ 2106" markalı avtomobil prospektlə hərəkətdə olan zaman Mikayıl Mikayilov küçəsindən gələn "Opel" markalı nəqliyyat vasitəsinə çırpılıb. Qəza zamanı "VAZ 2106"-da olan sərnişin xəsarət alıb. Faktı Nizami Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları araşdırır.