Şəkidə sakinlər mavi qazın yoxluğundan əziyyət çəkirlər


Digərləri 23 İyn 2021 15:42:00 154 0

Şəkidə sakinlər mavi qazın yoxluğundan əziyyət çəkirlər

Şəkinin Zunud kəndinin sakinləri mavi qazın yoxluğundan əziyyət çəkirlər. Onlar qaz balonlarından və odundan istifadə edirlər.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Şəki rayonunda aralarında təxminən 10-15 metr məsafə olan iki kənddən birində qaz var, digərində isə yoxdur.

1500 sakinin yaşadığı Zunud kəndində qaz balonlarından və odundan istifadə olunur. Bu isə vətəndaşlar üçün çətinlik yaradır.

''Azəriqaz'' İstehsalat Birliyinin sözçüsü Ceyhun Səfərov deyib ki, növbə çatanda sözügedən kəndin qazlaşdırılması həyata keçiriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: