Qeyribüdcə təşkilatları üzrə daxilolmalar artıb


Digərləri 21 İyn 2021 17:42:00 137 0

Qeyribüdcə təşkilatları üzrə daxilolmalar artıb

Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 13,6% və 15,9% artıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında qeyd edib.

Nazir bildirib ki, ayda bu sığorta haqları üzrə daxilolmaların icrası proqnozlara nisbətən müvafiq olaraq 111% və 109,6% təşkil edib.

2021-ci ilin yanvar-may aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 mlrd. 531 mln. manat, işsizlikdən sığorta üzrə daxilolmalar isə 52,4 mln. manat təşkil edib.