Bilgəh çimərliyində iyrənc mənzərə FOTO


Digərləri 21 İyn 2021 17:48:00 181 0

Bilgəh çimərliyində iyrənc mənzərə  FOTO

Sosial şəbəkədə tez-tez kanalizasiya sularının Bakının müxtəlif qəsəbələrindəki dənizə axıdıldığını əks etdirən görüntülərə rast gəlirik.

Belə bir hal bu dəfə Bilgəh qəsəbəsindəki çimərlikdə baş verib.

Son.az baku.ws-ə istinadən bildirir ki, çimərlik ərazisinə çirkab suları axıdılır.

Çimərlik mövsümünün başladığını nəzərə alsaq, dəniz suyunun natəmizliyi böyük narahatlıq yaradır. İllərdir ki, çimərliklərə çirkab sularının axıdılmasının qarşısının alınması ilə bağlı tədbirlər həyata keçirilsə də, hələ də çimərlik ərazilərinə kanalizasiya sularının axıdılması davam edir.