Peruda avtobus dərəyə aşıb: 27 ölü


Dünya 20 İyn 2021 08:33:00 133 0

Peruda avtobus dərəyə aşıb: 27 ölü

Perunun cənubunda yerləşən Ayakucho regionunda bölgələrarası avtobus gecə saatlarında qəzaya uğrayıb.

Son.az Trend-ə istinadən bildirir ki, qəza nəticəsində 27 nəfər ölüb, bir neçə sərnişin ciddi xəsarət alıb.

İlkin araşdırmalara əsasən, mədən işçiləri və ailələrini aparan avtobusun gecə saat 3:00 radələrində 250 metrlik dərəyə düşdüyü bildirilir.

Xilasetmə qrupları, yanğınsöndürənlər və polis əməkdaşları hadisə yerinə cəlb ediliblər, yaralılar xəstəxanalara çatdırılıb.