Türkiyədə son sutkada koronavirusdan 4 195 nəfər sağalıb


Dünya 20 İyn 2021 08:06:00 142 0

Türkiyədə son sutkada koronavirusdan 4 195 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 51 nəfər dünyasını dəyişib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 49 122 nəfərə çatıb.

Bildirilib ki, ölkədə 5 480 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 5 365 208 nəfərə çatıb.