Vaksin olunan şəxslərdə immunitetin neçə müddət olacağı məlum deyil


Digərləri 18 İyn 2021 15:00:00 169 0

Vaksin olunan şəxslərdə immunitetin neçə müddət olacağı məlum deyil

Vaksin olunan və ya xəstəlik keçirən şəxslərdə immunitetin nə qədər olacağı məlum deyil.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.

Onun sözlərinə görə, xəstələnmiş və sağalmış şəxsin vaksin olunmasının heç bir ziyanı yoxdur: "Hazırda vaksin vurulmuş şəxslərin 6 ay sonra yenidən vaksin olunması ilə bağlı qərar yoxdur.

Həm xəstəlik keçirmiş, həm də vaksin vurdurmuş şəxslərdə immunitet neçə müddət olacaq bilinmir. Bu müddət 6 ay, 1 il və ömürlük də ola bilər".