"Cavanşir ilə Manaf dünyasını dəyişsə, maraqsız olacaq" Müğənniləri özündən çıxaran status


Şou-biznes 17 İyn 2021 20:00:00 143 0

"Cavanşir ilə Manaf dünyasını dəyişsə, maraqsız olacaq"  Müğənniləri özündən çıxaran status

Müğənni Manaf Ağayev  "Söhbət var" verilişində qonaq olarkən başına gələn bir hadisədən söz açıb.

Son.az sherq.az-a istinadən xəbər verir ki,  o sözügedən proqramda bunları söyləyib:

"Baloğlan Əşrəfovu dəfn edib evə gəldik. Qanım it qanına dönmüşdü. Dalaşmağa adam axtarırdım. Mənə bir status göndərdilər. Hamının tanıdığı ifaçılardan biri yazıb: " Müğənnilərimizi itirə-itirə gedirik. Cavanşir Məmmədovla, Manaf Ağayev dünyasını dəyişsə, maraqsız olacaq". Özü də bütün günü məni tərifləyən adamdır. Cavanşir zəng etdi ki, onunla danışdım, təhqir etdim. Söylədim ki, mənim söyüşlə işim yoxdur. Üz-üzə söhbət edəcəm. İnanın yalvarırdı. Dedim, utanmırsan, axı övladların var? Niyə belə edirsən?  Qayıtdı ki, burada nə var?!  Sonra oğlum dedi ki, ata, bu, hamıya "ilişir"".