Qəcərzeyid kəndinin içməli su problemi


Digərləri 11 İyn 2021 11:29:00 192 0

Qəcərzeyid kəndinin içməli su problemi

"Problem" verilişinin müdaxiləsi nəticəsində çətinlik həllini tapdı

Son.az Real TV-ə istinadən bildirir ki, su var lakin sakinlər ondan istifadə edə bilmirlər. Səbəb su xəttlərinin sıradan çıxmasıdır.

Söhbət Qubanın Qəcərzeyid kəndindən gedir. Sakinlər bildirir ki, illər öncə öz vəsaitləri hesabına mənzillərinə su çəksələr də az sonra borular sıxadan çıxıb. Bundan sonra bir neçə dəfə boruları təmir ediblər. Lakin bir müddət sonra yenidən su xəttlərində yaranan problem səbəbindən sakinlər içməli su problemi ilə üzləşiblər.

Problem səbəbindən illərdir sakinlər içməli suyu qonşu kənddən gətirdiklərini deyirlər. Bu isə onlara heç də asan başa gəlmir.

Qəcərzeyid sakinlərinin içməli su problemi ilə bağlı Quba Rayon İcra Hakimiyyətinə məlumat verdik. Rayon rəhbərinin göstərişi ilə əraziyə gələn icra başçısının birinci müavini Tariyel İbrahimov və digər rəsmi şəxslər sakinlərin problemi ilə yerində tanış oldular. Rəsmilər sakinlərə problemin qısa müddət ərzində həlli barədə söz verdi.