Ərdoğan Makronla görüşəcək


Dünya 10 İyn 2021 22:58:00 140 0

Ərdoğan Makronla görüşəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla görüşəcək.

"Haber Global"ın məlumatına görə dövlət başçıları iyunun 14-də keçirilən NATO sammiti öncəsi bir araya gələcəklər.

"NATO daxilində müttəfiqlər arasındakı münasibətlər önəmlidir. Bu məsələyə aydınlıq gətirmək üçün Ərdoğanla sammitdən əvvəl görüşəcəyik", - deyə Fransa prezidenti bildirib.