Bakıda vaksinasiyadan keçən təhsil işçilərinin sayı açıqlandı


Digərləri 10 İyn 2021 20:10:00 193 0

Bakıda vaksinasiyadan keçən təhsil işçilərinin sayı açıqlandı

Bakıda 38 185 təhsil işçisindən 24 mindən çoxu vaksinasiya olunub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev "Facebook" səhifəsindəki canlı yayımda bildirib.

Nazirin sözlərinə görə, 4 620 nəfər yoluxduğu üçün, 3400 nəfər digər səbəblərdən, yəni xəstəlik, hamiləlik, antitel olduğu üçün vaksinasiya olunmayıb. 3000-ə yaxın şəxs həkimdən arayış gətirdiyi üçün peyvənd edilməyib, cəmi 2500 nəfər imtina edib".

"Hamının vaksinasiya olunmasını tövsiyə edirəm"- deyə, nazir vurğulayıb.