Ümumi təhsil məktəblərində monitorinq aparılıb


Digərləri 10 İyn 2021 20:32:00 190 0

Ümumi təhsil məktəblərində monitorinq aparılıb

24 ümumi təhsil məktəbində monitorinq aparılıb. Monitorinqin məqsədi təhsilin keyfiyyətini müəyyənləşdirmək idi.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev iyunun 10-da feysbuk üzərindən təşkil olunan canlı yayımda deyib.

O bildirib ki, monitorinq aparılan məktəblərdə neqativ hallar da müşahidə olunub. Bəzi müəllimlər məktəbə tam hazırlıqsız gəliblər. Monitorinq nəticəsində aşkarlanan qüsurların aradan qaldırılması üçün müəyyən addımlar atılacaq.