Çində Ayın tam tutulması müşahidə edilib


Digərləri 10 İyn 2021 18:42:00 178 0

Çində Ayın tam tutulması müşahidə edilib

Çin əhalisi ötən gecə tam Ay tutulmasını seyr ediblər.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu, Çində ilin ilk tam Ay tutulması hadisəsidir. Ona görə sakinlər açıq məkanlara toplaşaraq, bu nadir hadisəni - "Super Ay"ı birlikdə müşahidə ediblər. Həmin vaxt Ay tamamilə tünd qırmızı rəngə bürünüb.

Qeyd edək ki, Ay tutulması zamanı Günəş, Yer və Ay eyni xətt üzərində yerləşir və Ay Yerin kölgəsi ilə əhatə olunur. Bu təbiət hadisəsi Çin ilə yanaşı, Şərqi Asiyanın, Amerikanın müxtəlif yerlərində, Sakit okeanda da müşahidə etmək mümkün olub.