Varlı sponsor üçün intim video hazırlayan məktəbli


Digərləri 10 İyn 2021 10:06:00 206 0

Varlı sponsor üçün intim video hazırlayan məktəbli

Yekaterinburqda (Rusiya) yaşanan iyrənc olay tək vilayətdə deyil, Rusiyada əməllicə şok doğurub. Bəlli olub ki, il ərzində 12 yaşlı Katya (adı dəyişdirilib) anonimliyini saxlayan varlı sponsor üçün intim video çəkib. İstintaq komitəsi "seksual xarakterli zorakı fəaliyyət" maddəsi üzrə cinayət işi qaldırıb.

Son.az kp.ru-ya istinadən bu cinayətin təfərrüatlarını təqdim edir. 2020-ci ilin mayında qız sponsora WhatsApp-la bolqar nömrədən zəng edib "ВКонтакте"də yazışmağı xahiş edib. Hər çəkiliş üçün də Kayta pul alırmış. Pulu isə anasının bank kartına köçürürmüş. Lakin puldan valideynlərin xəbəri olmayıb. Qonşuluqdakı 5 yaşlı qızı otağına gətirərək onun videosunu çəkirmiş. Buna görə də 500 rubl alırmış. İyrənc video sxemindən azyaşlının anası xəbər tutub və polisə şikayət edib. İndi videoları qəbul edən şəxsi 20 illik koloniya rejimi gözləyir.

Kamran Seyidov Son.az